İnsulin bundan sonra kapsullarda olacaq – Diabetlər iynədən xilas olur

İnsulin bundan sonra kapsullarda olacaq – Diabetlər iynədən xilas olur
21:27 10 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Amerikalı alimlər nəhayət ki, diabetlərin həyat mənbəyi olan insulin preparatının kapsul forması üzərində çalışıb. Bu kapsullar oral qəbul olunub, mədəyə zərər verməyəcək.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Massaçuti Texnoloji İnstitutunun bir qrup mütəxəssisi Daniya farmakoloji şirkəti ilə birgə insulin inyeksiyasına alternativ variant üzərində işləyiblər. İnsulinin tərkibində olan zülallar tablet formasında olanda qana gedib çatmır və həzm sistemi tərəfindən məhv olunur.  

Professsor Robert Lanqer ilk dəfə bu problemi çözüb. Yaradılan 30 mm-lik kapsul mədənin aqressiv turşu mühitinə dözümlüdür və insulin elə iynədə olduğu kimi nazik bağırsağa çatdıra biləcək.

Kapsul nazik bağırsağa çatanda xarici örtüyü dağlır və mikroiynə vasitəsilə insulin  xaric olur.

Sonradan mikroiynələr əriyir və bağırsaqla xaric olur, insulin isə qana düşür.
Hələ ki, donuzlar üzərində aparılan təcrübə effektiv olub və təhlükəsizdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/793268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR