İki peyğəmbər eyni möcüzəni göstərə bilərmi, yoxsa hər peyğəmbərin möcüzəsi fərqli olmalıdır?

İki peyğəmbər eyni möcüzəni göstərə bilərmi, yoxsa hər peyğəmbərin möcüzəsi fərqli olmalıdır?
21:47 10 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Möcüzə Allah tərəfindən peyğəmbərlərə verilmiş qeyri-adi, fövqəlbəşər hərəkət etmək və ya söz demək bacarığına deyilir. Adından da göründüyü kimi, möcüzə - peyğəmbərdən başqa insanların aciz olduğu əməldir. Adətən, peyğəmbərin təbliğat apardığı insanlar və xalqlar onu sınağa çəkmək, çox zaman onu başqalarının gözündən salmaq və aciz qoymaq üçün möcüzə göstərməsini tələb edirdilər. Peyğəmbər də onların istədiyini edə bilmək üçün Allahdan yardım diləyir və Allah ona bu imkanı verirdi. Hər peyğəmbərin o birindən fərqli möcüzə göstərməsi şərt deyil. Doğrudur ki, bəzi məşhur peyğəmbərlərin özlərinə məxsus olan və öz adları ilə bağlı möcüzəsi olmuşdur. Lakin elə möcüzələr də var ki, onları əksər peyğəmbərlər göstərmişlər. Məsələn, müalicəsi mümkün olmayan ağır xəstələri sağaltmaq, gələcəkdən xəbər vermək, günahkarları cəzalandırmaq, cansız əşyaları və heyvanları dilə gətirmək kimi möcüzələr bir neçə peyğəmbərə aid edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/792906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR