Rolls-Royce Cullinan Black Badge 600 at qüvvəsinə malik olacaq

Rolls-Royce Cullinan Black Badge 600 at qüvvəsinə malik olacaq
22:32 10 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Bu günə qədər Rolls-Royce avtomobilləri arasında Black Badge modifikasiyasına Ghost, Wraith və Dawn modelləri malik olublar. Lakin, bu yaxınlarda "qara nişanı" daşıyan modellərin sırasına Rolls-Royce Cullinan ofrouderi də qatılacaqdır. Britaniya istehsalçısı yeni modifikasiyanı sertifikatlaşdırmaq üçün Rosstandarta müraciət edib. Xatırladaq ki, Rolls-Royce Cullinan Black Badge rəsmi olaraq təqdim edilməyib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, adi Rolls-Royce Cullinan 571 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən 6,75-litrlik V12 biturbomühərriki ilə təchiz edilir. Sertifikasiya sənədlərində Cullinan Black Badge modelinin mühərrikinin 600 at qüvvəsinə və 900 Nm fırlanma anına malik olduğu qeyd edilib. Mühərrik yeni idarəetmə blokuna və buraxılış sisteminə sahib olub. Bununla belə. BorgWarner turbokompressorları dəyişilməz qalıblar.

Böyük ehtimalla, "qara" Cullinan yenidən tənzimlənmiş asqı sisteminə və sükan mexanizminə sahib olacaqdır. Əlbəttə ki, eksteryer və interyerin qara rəngli dekor elementlərini də yaddan çıxarmaq olmaz.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/785737.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR