Next Insurance-ın qiymətləndirilməsi 1 milyardı keçdi

Next Insurance-ın qiymətləndirilməsi 1 milyardı keçdi
22:52 10 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Kiçik müəssisələr üçün rəqəmsal sığorta təminatçısı olaraq xidmət göstərən Next Insurance, C Seriyası investisiya turunda 250 milyon dollar sərmayə qazandı. Yeni sərmayə ilə ümumi qiymətləndirməsini 1 milyard dollardan çox artırdı və beləliklə "unicorn şirkət" adı aldı.

Milli.Az techland.az-a istinadən bildirir ki, Almaniyada fəaliyyət göstərən Münhen Re-nin rəhbərliyi altında yeni investisiya turundan əvvəl Next Insurance Redpoint Ventures şirkətinin B seriyası investisiya turunda 83 milyon dollar qazanmışdı. Next Insurance-ın həmtəsisçisi və icraçı direktoru Guy Goldstein 250 milyon dollarlıq yeni sərmayəni yeni məhsul istehsal etmək və müştəri təşəbbüslərini genişləndirmək üçün istifadə edəcəklərini açıqladı.

Next Insurance-dan istifadə edən şirkətlər Basic, Pro və ya Pro Plus paketlərindən birini seçə bilərlər. Müştərilər təklif üçün bir sorğu verir və bir neçə dəqiqə ərzində bir paket alırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/792922.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR