Toz mənşəli bronxitin ƏLAMƏTLƏRİ – Azərbaycanda kimlər bu xəstəliyə tutulur?

Toz mənşəli bronxitin ƏLAMƏTLƏRİ – Azərbaycanda kimlər bu xəstəliyə tutulur?
23:27 10 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Tozdan qaynaqlanan və tozun aktivə etdiyi bronxit xüsusi peşə sahibləri, eləcə də müəyyən şəraitdə yaşayan, işləyən insanlarda rast gəlinən tənəffüs orqanları xəstəliyidir.

Sənaye, texniki və ev tozlarının təsirindən bronxlarda xroniki diffuz iltihab başlayır, bronx ağacında zamanla atrofik dəyişikliklərə səbəb olur.
Xəstəlik periodik olaraq kəskinkəşir, halsızlıq, güclü öskürmə, təngnəfəslik verir. Xəstəliyin təhlükəsi ondadır ki, tədricən proqressivləşir, gizli gedə bilər, başqa xəstəliklərə səhv salınır.

Əgər vaxtında diaqnoz və müalicə olunmasa, tənəffüs çatışmazlığı, ürək astması, ikincili bakterial infeksiya yarana bilər.

Milli.Az medicina.az-a istinadən xəstəliyin kimlərdə daha çox rast gəlindiyini bildirir

Metaltökmə və metal sənayesi işçiləri
Ağacyonma, taxta, mebel sexləri
Mərmər, daş yonma, karxanalar
Kənd təsərrüfarı fermaları
Gözəllik salonlarında çalışanlar
Çox tütün çəkənlər

Beləliklə, toz bronxiti əhalinin elə əmək qabiliyyətli, işçi kütləsini əhatə edir. Kişilər qadınlara nisbətən daha çox yer tutur. Eləcə də staj artdıqca, risk və patologiya artır.

İnsan həmin riskli yerdə işlədikdən azı 5-7 il sonra bronxların iltihabı öz əlamətlərini göstərməyə başlayır.
Xəstəliyi kəskinləşdirən və artıran bərk və bir qədər iri toz zərrəcikləri olur. Təkcə toz yox, işçinin işləyərkən metal və digrə vasitələrdən ayrılan toksiki maddələr də nəfəs yolları ilə ağciyərlərə keçir.

Digər tərəfdən iş yerində problem olmayan, amma sistematik siqaret çəkənlərdə də tütün tüstüsü bronxial divara qıcıqlandırıcı təsir edib, iltihab yaradır. Əgər bir kişi tozlu sahədə işləyib, üstəlik tütün çəkirsə, onda bronxit sürətlə inkişaf edəcək.

Ağırlığından asılı olaraq toz bronxitin 3 mərhələsi olur:

-Birinci mərhələdə uzun müddətli remissiya olur, ildə 2 dəfə öskürək tutmaları, iltihab olur.  Səthi tənəffüs normaldır, insan heç bir problem hiss etmir

-İkinci mərhələdə uzunmüddətli ağırlaşmalar olur, 3-5 həftə öskürək davam edir, xışıltı, təngnəfəslik hiss olunur, qanda oksigenasiya düşür.

-- 3-cü mərhələdə müxtəlif ağırlaşmalar, məsələn, bronxoektaz başlayır.  Qanın oksigenlə təminatı düşür, xarici tənəffüs funksiyasının göstəriciləri pozulur.
 

Toz bronxitinə tutulduğunuzu göstərən əlamətlər:

-Quru və ya yaş öskürək
-Ağır fiziki iş görəndə, qaçanda təngnəfəslik
-Selik, qatı bəlğəm
-Boğazda qıcıqlanma
-Döş qəfəsində ağrı, ağırlıq
-Dərindən nəfəs almada çətinlik
-Ürək -damar sistemində problemlər
-Tez yorulmaq, zəiflk
-Gecələr tərləmə
-      Allergiya varsa, allergik boğulmalar

Diaqnoz üçün

Terapevt və ya pulmonoloqa gedib, rentgen, spirometr müayinəsi, qan analizi olunur. Eləcə də ürək EKQ -si çəkilir.
Müalicədə birinci şərt bronxları tozla dolduran və tətikedici faktoru aradan qaldırmaqdır, yəni xəstə həmin iş yerinə getməməlidir.

Eləcə də inhalyasiya, bronxolitiklər, mukolitiklər, antibiotik və fizioterapiya kursları təyin edilir.

Bu kimi işlərdə işləyənlər mütləq xüsusi maska respirator taxmalı, ildə bir dəfə bronxlarını yoxladıb, inhalyasiya və dərman müalicəsi ilə onların təmizliyini təmin etməlidir

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/793270.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR