Forward Networks 35 milyon dollarlıq investisiya alacaq

Forward Networks 35 milyon dollarlıq investisiya alacaq
23:52 10 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Şəbəkə trafikini nəzarətdə saxlamağa kömək edən San-Fransisko mərkəzli Forward Networks startap-ı Goldman Sachs-ın rəhbərlik etdiyi C seriya investisiya turunda 35 milyon dollar investisiya qazandı. Startap-ın həmtəsisçisi və icraçı direktoru Devid Erickson, Goldman Sachs-ın ilk növbədə müştəri olduğunu söylədi, daha sonra texnologiya üzrə mütəxəssis MD Joshua Matheus-un bankın da  şirkətə investisiya etməyini tövsiyə etdi.

Milli.Az techland.az-a istinadən bildirir ki, Forward Networks-ın 35 milyon dollar toplaydığı C Seriya investisiya turunda startap-ın keçmiş investorları Andreessen Horowitz, Threshold Ventures (əvvəlki adı ilə DFJ Venture) və A. Capital da iştirak ediblər. Şirkət yeni sərmayələrini mövcud işlərini genişləndirmək və inkişaf etdirmək üçün istifadə edəcəyini söyləyir.

Erickson, digər həmtəsisçilər Nikhil Handigol, Brandon Heller və Peyman Kazemian ilə birlikdə Stanfordda professor vəzifəsi icra edirdilər. Çünki şirkətin texnologiyası universitetdəki riyazi modelləşdirmə işlərinə əsaslanırdı. Bu modelləşdirmə fərdi prosesləri və şəbəkədə işləyən tətbiqləri simulyasiya etmək üçün istifadə olunur. Şəbəkəni izləmək və bunun baş verə biləcəyini proqnozlaşdırmaq üçün real vaxt rejimində tətbiq olunan anormal davranışı müəyyənləşdirir. Beləliklə deyə bilərik ki, sistem özü sabitləmə platforması deyil. Ancaq geliştirici əməliyyatlarında mühəndislərə nəyi düzəltməyə çalışacağını müəyyən etməyə kömək edir, bir sözlə, hər şeyi kökündən çıxartmır, həllini asanlaşdırır.

Davamlı inkişaf edən təşəbbüsün şəbəkə monitorinqi halhazırda 75.000 cihazı əhatə edir. Bu çərçivədə Goldman Sachs şəbəkəsində təkcə 15.000 cihaz inteqrasiyası mövcuddur, bu da Goldman Sachsın Forward Networks  üçün vacib bir müştəri olduğunu sübut edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/792923.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR