Bakıda baş vermiş qəzada ər-arvad xəsarət alıb

Bakıda baş vermiş qəzada ər-arvad xəsarət alıb
00:22 11 Oktyabr 2019
490 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən Ruslan marketin yaxınlığında qeydə alınıb.
Belə ki, qəza zamanı 1952-ci il təvəllüdlü Yolçuyev Nizami Nüsrət oğlu və onun həyat yoldaşı 1953-cü il təvəllüdlü Yolçuyeva Nüşabə Qafar qızı xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Yolçuyev Nizamiyə döş qəfəsinin əzilməsi, Yolçuyeva Nüşabəyə isə hər iki biləyin sınığı diaqnozu qoyulub. 


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-bas-vermis-qezada-er-arvad-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR