Azərbaycan yığması Fransaya böyük hesabla uduzub

Azərbaycan yığması Fransaya böyük hesabla uduzub
01:17 11 Oktyabr 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
"Report" xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Fransa yığmasının qonağı olub. Kale şəhərindəki “Stade de l'Epopee” stadionunda baş tutmuş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0.
Bu, II qrupda yer alan Azərbaycan millisinin 4-cü oyunda 3-cü məğlubiyyəti olub. Səfərdə Lixtenşteynə 1 cavabsız qolla uduzan komanda, evdə Slovakiyanı 2:1 hesabı ilə üstələsə də, ardınca Gürcüstanla bacarmayıb – 0:3. Fransa isə qrupda ilk görüşünü keçirib.
AVRO-2021
Seçmə mərhələ, II qrup
10 oktyabr
23:00. Fransa – Azərbaycan - 5:0
Qollar: Odson Eduard, 2; 36. Dan-Aksel Zaqadu, 40. Hussam Auar, 52. Arno Norden, 76
Baş hakim: Antoniu Nobre
Yan xətt hakimləri: Nunu Pereyra, Bruno Alveş
Dördüncü hakim: Elder Maleyru (hakimlər briqadası Portuqaliyadandır)
Kale, “Stade de l'Epopee” stadionu
Xal durumu: Gürcüstan – 6 xal (4 oyuna), İsveçrə – 3 (1), Fransa - 3 (1), Slovakiya – 3 (2), Azərbaycan – 3 (4), Lixtenşteyn – 3 (4).


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-yigmasi-fransaya-boyuk-hesabla-uduzub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR