Mədəniyyət naziri yeni səfirlə görüşdü

Mədəniyyət naziri yeni səfirlə görüşdü
02:33 11 Oktyabr 2019
92 Digər
Ölkə mətbuatı
A- A+

Oktyabrın 10-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Kolumbiya Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Luis Antonio Dimate Kardenasla görüşüb.

Kolumbiyanın Azərbaycandakı səfirliyindən Publika.az-a bildiriblər ki, Əbülfəs Qarayev ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edib və ona uğurlar arzulayıb. Mədəniyyət sahəsində nəzərdə tutulan layihələr barədə məlumat verən nazir Kolumbiya tərəfini ölkəmizdə keçiriləcək beynəlxalq mədəniyyət tədbirlərində fəal iştiraka dəvət edib.

Görüşdə, həmçinin gələcək əməkdaşlıq istiqamətləri, o cümlədən qarşılıqlı mədəniyyət günlərinin təşkili, iki ölkənin mədəniyyət müəssisələri arasında birbaşa əlaqələrin təşviqi və perspektivləri barədə müzakirələr aparılıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Luis Antonio Dimate Kardenas Azərbaycan ilə Kolumbiya arasında mövcud əlaqələrin daha da inkişaf edəcəyinə inandığını bildirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/292746.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR