Rəcəbli 9-cu dəfə dünya çempionu oldu

Rəcəbli 9-cu dəfə dünya çempionu oldu
06:28 11 Oktyabr 2019
89 İdman
Ölkə mətbuatı
A- A+

Mərakeşdə veteran cüdoçular arasında dünya çempionatına start verilib.

Publika.az Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub.

Dünya çempionatında ölkəmizi təmsil edən veteran cüdoçu Fərhad Rəcəbli M-7 kateqoriyası üzrə 90 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Fərhad Rəcəbli finalda Almaniya təmsilçisi Andreas Bartşı məğlub edərək mundialın ən güclüsü adına layiq görülüb.

Qeyd edək ki, bu idmançımızın usta cüdoçular arasında qazandığı doqquzuncu çempionluqdur.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/292741.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR