Türkiyə sahillərində iki zəlzələ baş verib

Türkiyə sahillərində Mərmərə dənizində 4,0 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 19:52-də qeydə alınıb. Zəlzələnin episentri Yalova vilayətindən 3,71 kilometr məsafədə yerləşib.

Yeraltı təkanların ocağı 10,66 kilometr dərinlikdə yerləşib. Zəlzələ İstanbulda hiss olunub.

Saat 22:32-də Mərmərə dənizində 3,5 bal gücündə zəlzələ olduğu da bildirilir. Zəlzələlərin episentri Yalova vilayətindən 2,97 kilometr məsafədə, ocağı isə 11,21 kilometr dərinlikdə yerləşib.(Trend)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR