Bakıda "ölüm səfəri"nə çıxan taksi sürücüsü - VİDEO

Bakıda "ölüm səfəri"nə çıxan taksi sürücüsü - VİDEO
10:53 11 Oktyabr 2019
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yol-hərəkəti qaydalarını kobud şəkildə pozan daha bir taksi sürücüsünün görüntüləri yayılıb.

Publika.az xəbər verir ki, bir neçə gün əvvəl 90 UO 387 dövlət qeydiyyat nişanlı "Tofaş" markalı avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq Zığ yolundan Nobel prospektinə doğru öz yolu ilə hərəkət edən digər avtomobilin qarşısına çıxıb. Taksi sürücüsünün etdiyi kobud qayda pozuntusu səbəbindən baş verə biləcək ağır qəzadan son anda yayınmaq mümkün olub.

Qeyd edək ki, taksi sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması, nəqliyyat vasitələrinin intizamsız şəkildə idarə edilməsi hallarına tez-tez rast gəlinir.

Muxtar


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/292770.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR