İcma sədri: "Ermənilərlə informasiya müharibəsində gənclərin üzərinə böyük məsuliyyət düşür"

İcma sədri: "Ermənilərlə informasiya müharibəsində gənclərin üzərinə böyük məsuliyyət düşür"
15:32 11 Oktyabr 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

"Ermənilərlə informasiya müharibəsində gənclərin üzərinə böyük məsuliyyət düşür".
"Report" xəbər verir ki, bunu “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi ilə Gənclər Fondunun birgə keçirdiyi tədbirdə icma sədri Tural Gəncəliyev deyib.
O bildirib ki, informasiya müharibəsində ermənilərə gənclərin vasitəsilə cavab vermək lazımdır: "Biz son zamanlar gənclərlə birlikdə tədbirlər keçiririk. Bu tədbirləri keçirməkdə məqsədimiz müharibə şəraitində yaşadığımız üçün gənclərimizin potensialından istifadə edərək ermənilərin cavabını verməkdir. Bir neçə gün öncə futbol oyunu zamanı ermənilər tərəfindən stadionda təxribat törədilməsi və onların digər təxribatları müşahidə olunub. Biz də informasiya müharibəsində ermənilərə cavab verməliyik. Azərbaycan həqiqətlərinin dünyaya, xüsusən də münaqişələrin həlli ilə məşğul olan beynəlxalq təşkilatlara, beynəlxalq institutlara çatdırılması üçün bu gün geniş imkanlar mövcuddur. Gənclərimiz bu imkanlardan istifadə etməlidirlər".

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag-munaqishesi/i-cma-sedri-ermenilerle-informasiya-muharibesinde-genclerin-uzerine-boyuk-mesuliyyet-dusur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR