"Real Madrid" bir oyunda 9 qol vuran futbolçunu transfer etmək istəyir

"Real Madrid" bir oyunda 9 qol vuran futbolçunu transfer etmək istəyir
17:07 11 Oktyabr 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Real Madrid" klubu Avstriya "Zaltsburq"unda çıxış edən Erlinq Holandla maraqlanır.
"Report" AS-a istinadən xəbər verir ki, Madrid təmsilçisi bu il Çempionlar Liqasında debüt edən 19 yaşlı hücumçunu yaxından izləyir.
Qeyd edək ki, Holand Çempionlar Liqasının qrup mərhələsinin I turunda Belçika "Genk"ini 6:2 hesabı ilə məğlub etdikləri matçda het-trik edib. O, bu mövsüm 11 oyuna 18 qol vurmağı bacarıb. Norveçli forvard 20 yaşadək futbolçular arasında dünya çempionatında Hondurası 12 cavabsız qolla məğlub etdikləri görüşdə 9 qolun müəllifi olub. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/real-madrid-bir-oyunda-doqquz-qol-vuran-hucumcu-ile-maraqlanir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR