Baş Polis İdarəsi təkbaşına aksiya edən şəxslə bağlı məlumat yaydı

Baş Polis İdarəsi təkbaşına aksiya edən şəxslə bağlı məlumat yaydı
17:38 11 Oktyabr 2019
75 Ölkə
Ölkə mətbuatı
A- A+

"Qanunsuz küçə ticarəti ilə məşğul olan AXCP üzvü – Tofiq Məmmədovun polis tərəfindən saxlanılmasının onun siyasi mənsubiyyətilə əlaqəsi yoxdur".

Publika.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, T.Məmmədov əvvəllər CM-nin 177.2.1 maddəsi ilə məhkum olunan, həmçinin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olduğuna görə, dəfələrlə inzibati məsuliyyətə cəlb olunub.

O, ictimai diqqəti üzərinə yönəltmək üçün fəaliyyətinin siyasi mənsubiyyəti ilə bağlı olduğuna dair iddialar irəli sürməklə metronun “İnşaatçılar” stansiyasının qarşısında təkbaşına aksiya keçirməyə cəhd göstərdiyinə görə, Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Ona ticarətlə məşğul olmasına dair müxtəlif yerlər təklif olunsa da o, bu təkliflərdən imtina edib, yalnız əhalinin sıx olduğu, piyada gediş-gəlişinin intensiv olduğu yerlərdə qanunsuz fəaliyyətini davam etdirib. Həmin iddiallar əsassızdır, həqiqəti əks etdirmir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/292818.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR