Azərbaycanda narkotik alverində təqsirləndirilən İran vətəndaşlarının məhkəməsi başlayıb

15:22 16 Yanvar 2015
82 Digər
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 15:18 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən İran vətəndaşları – Mirzof Seyed və Səfa Yafərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə yanvarın 27-nə təyin edilib.

 

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşım) maddəsinə əsasən ittiham edilirlər. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR