"Hazard Ronaldunu əvəz edə bilməz"

"Hazard Ronaldunu əvəz edə bilməz"
20:52 11 Oktyabr 2019
123 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger maraqlı açıqlama ilə diqqət çəkib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı mütəxəssis Eden Hazardın Real-a transferini dəyərləndirib.

Venger belçikalı forvardın böyük oyunçu olduğunu söyləyib. Ancaq onun fikrincə, Hazard ötən il "Yuventus"a keçən Kriştianu Ronaldunu əvəz edə bilməz: "Hazard "Real"ın bir çox sualının cavabı olacaq, ancaq şübhəsiz ki, Ronaldonu əvəz edə bilməz. Hər mövsüm 50 qol vura bilməyəcək. "Real"ın başqa hücumçuya ehtiyacı var. Benzemanın artıq 32 yaşı var. Hazard vacib oyunlarda hücumlar yaratmağı bacaran inanılmaz oyunçudur. Heç kimdən qorxmur. Düşünmürəm ki, Real əsl Hazardı görüb. İndi yaxşı vəziyyətdə deyil. Özünə gələndə inanıram ki, Real məmnun olacaq".

Qeyd edək ki, Real Eden Hazardı bu yay "Çelsi"dən transfer edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/793549.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR