Qriqorçukun xələfi: "...gülünc olardı"

Qriqorçukun xələfi:   "...gülünc olardı"
15:27 16 Yanvar 2015
127 İdman
Ölkə mətbuatı
A- A+

Roman Qriqorçukun Odessa "Çernomorets"indən istefa verərək, "Qəbələ"yə keçməsindən sonra boş qalmış kreslosuna yiyələnən Aleskandr Babiç sələfi haqda fikirlərini bölüşüb. Fanat.az xəbər verir ki, gənc mütəxəssis Odessa təmsilçisinin oyun sistemində ciddi dəyişiklik etməyəcəyini bildirib.


"Sport-Ekspress"un Ukrayna versiyasına müsahibə verən Babiç Qriqorçuk haqda belə danışıb: "Roman İosifoviçin götürdüyü istiqamətin maraqlı və effektiv olmasını danmaq gülünc olardı. Mən bunu sadəcə, azacıq modifikasiya edəcəm. Konkretləşdirsək, bir qədər aqressiya qatmaq niyyətindəyəm. Ancaq bütün kartları indidən açmaq istəmirəm".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR