Zərif Ər-Riyad ilə danışıqlar aparmaq üçün Tehranın hazır olduğunu bildirib

Zərif Ər-Riyad ilə danışıqlar aparmaq üçün Tehranın hazır olduğunu bildirib
06:29 12 Oktyabr 2019
107 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İran həm birbaşa, həm də digər ölkələrin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı ilə danışıqlar aparmağa hazırdır.

Trend-in məlumatına görə, bunu "TRT" telekanalına müsahibəsi zamanı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

C.Zərif bildirib: "Biz Səudiyyə Ərəbistanı ilə istənilən məsələlərin müzakirəsinə həmişə açıq olmuşuq. Səudiyyə Ərəbistanı bizim qonşumuzdur... Bizim bir-birimiz ilə danışıqlar aparmaqdan başqa seçimimiz yoxdur. Və biz Səudiyyə Ərəbistanı ilə həm birbaşa, həm də vasitəçilərin vasitəsilə danışıqlara açığıq".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3132020.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR