Türkiyə ABŞ bazasını vurub? -

"Atış zamanı ABŞ bazasına zərər verilməməsi üçün hər cür tədbir alınmışdır. ABŞ tərəfindən mövzunun bizə bildirilməsindən sonra tədbir məqsədi ilə atışlar kəsilmişdir. Qətiyyən ABŞ və koalisiya əsgərlərinin vurulması halı yoxdur".

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, bunlar Türkiyə Müdafiə Nazirliyinin verdiyi açıqlamada yer alıb. Həmçinin bölgədə ABŞ nəzarət nöqtələrinin vurulması iddialarına cavab olaraq rəsmi Pentaqon da açıqlama yayıb. Suriyada Eyn əl-Ərəb yaxınlarında ABŞ əsgərlərinə aid nəzarət nöqtəsi civarında partlayış baş verdiyi, lakin bu partlayışın kimlər tərəfindən həyata keçirildiyinin məlum olmadığı bildirilib:

"Hər hansı bir ABŞ əsgəri zərər görməyib. Amerikan əsgərlərinə qarşı məqsədyönlü bir hücum olduğunu düşünmürük".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR