Firəngiz Əlizadə: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü Nəsiminin xatirəsinə inanılmaz hədiyyədir

Firəngiz Əlizadə: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü Nəsiminin xatirəsinə inanılmaz hədiyyədir
10:43 12 Oktyabr 2019
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü rəmzi aktdır. Onun şərəfinə təkcə poetik misralar səslənmir, musiqi əsərləri yazılmır, həm də yeni həyat tumurcuqları, yeni ağaclar peyda olur. Bu, böyük mütəfəkkirin xatirəsinə inanılmaz hədiyyədir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, bəstəkar, professor Firəngiz Əlizadə deyib.

Professor bildirib ki, Bakıda yaşıllıqların artırılması, ekologiyanın yaxşılaşdırılmasına yönəlmiş proqramlar hər zaman sevindirir:

“Gözümüzün qabağında paytaxt dəyişir, yol kənarları, parklar yaşıllaşır. Şəhərin görünüşünün müsbət tərəfə dəyişməsi çox sevindiricidir. Qeyd edim ki, bu proqramlar həm də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən də həyata keçirilir və hətta biz onun Mərkəzi parkda ağac əkdiyi kadrları izləmişik. Bu, çox təsirli və ruhlandırıcıdır”.

F.Əlizadə vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın elan etdiyi təşəbbüs onu heyrətləndirib. O, etiraf edib ki, Azərbaycanın ekologiyasının yaxşılaşdırılmasına yönələn təşəbbüsləri hər zaman dəstəkləyir:

“Azərbaycan da dünyanın bir hissəsidir, deməli, biz ekologiyanın çirkləndiyi bu çətin anlarda planetimizə sağ qalmaqda və yaşayış üçün daha uyğun olmaqda kömək edirik”.

Xalq artisti əlavə edib ki, o da böyük məmnuniyyətlə bu aksiyada iştirak edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3132056.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR