Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində dörd kiloqramdan çox narkotik maddə götürülüb

Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində dörd kiloqramdan çox narkotik maddə götürülüb
15:28 16 Yanvar 2015
115 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc 
Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Qabil Məmmədovdan 3 kiloqram 120 qram marixuana götürülüb.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları isə Cəlilabad rayon sakini İlkin Əhədovdan 1 kiloqram 45 qram tiryək götürüblər.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR