Biləsuvarda dəhşətli faciə, oğul anasını traktorla vurub öldürdü

Biləsuvarda dəhşətli faciə, oğul anasını traktorla vurub öldürdü
16:08 12 Oktyabr 2019
120 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Biləsuvar rayonunda ölümlə nəticələnən qəza baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Səmədabad kəndində olub.

Kənd sakini, 1993-cü il təvəllüdlü Məmmədov Fəqan Mirzəbala oğlu yaşadığı evin həyətində traktoru işə salarkən traktor qəfil hərəkətə gəlib və həyətin darvazasını açmaq istəyən anası, 1959-cu il təvəllüdlü Məmmədova Umnisə Əliş qızını vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3132181.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR