Rusiyada “Tax free” sisteminin tətbiqi genişləndiriləcək

Rusiyada “Tax free” sisteminin tətbiqi genişləndiriləcək
16:32 12 Oktyabr 2019
88 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Sənaye-Ticarət Nazirliyi 2021-ci ildən bütün ölkə ərazisində “Tax free” sisteminin tətbiqinin genişləndirilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsi hazırlayıb. 
“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. 
Məlumata görə, sənəd qonşu ölkənin normativ-hüquqi aktların layihələri ilə bağlı federal portalında dərc edilib. 
Nazirlik "Tax free" çərçivəsində əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması üçün minimal alış-verişin dəyəri ilə bağlı tələbin 10 min rubldan 8 min rubla qədər azaldılmasını, aksizli malların, xüsusilə spirtli içkilər və tütün məhsullarının ixracı zamanı verginin geri qaytarılmasına icazə verilməsini təklif edib.
Müvafiq qanun layihəs qəbul edilsə, 2021-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rusiyada-tax-free-sisteminin-tetbiqi-genislendirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR