Gənc gimnast: Tamaşaçı dəstəyi inam verir

Gənc gimnast: Tamaşaçı dəstəyi inam verir
17:29 12 Oktyabr 2019
107 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Cani Babayeva - Trend:

Xalçaya çıxmazdan əvvəl diqqətimi çıxışıma cəmləməyə çalışıram.

Bunu Trend-ə "Zabrat" idman klubunun təmsilçisi, Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinin iştirakçısı Fatimə Yavərli deyib.

Gənc gimnast deyib: "Bu gün artıq topla çıxış etdim, növbəti gürzlərlə və lentlə olacaq. İlk çıxış ümumiyyətlə normal idi, baxmayaraq ki, bir səhv etmişəm. Bir az narahatam, çünki yarışlarda ilk dəfə lentlə çıxış edəcəyəm. Xalçaya çıxmazdan əvvəl fikrimi cəmləməyə çalışıram. Tamaşaçı dəstəyi inam verir".

Qeyd edək ki, 10-13 oktyabr tarixlərində bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyi, 6-cı Bölgələrarası Kubok və aerobika gimnastikası üzrə 5-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı keçirilir..

4 günlük yerli turnirə ilk olaraq bədii gimnastlar start verəcək. İştirakçılar yarışlar ərzində “gənclər”, “yeniyetmələr”, “uşaqlar” və “balacalar” yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.

Aerobika gimnastları isə “böyüklər”, “gənclər”, “yeniyetmələr”, “uşaqlar” və “balacalar” yaş kateqoriyasında yer alaraq, fərdi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramında çıxış edəcəklər.

Gimnastikanın hər iki növü üzrə yarışlarda Bakı şəhəri və bölgələr üzrə ümumilikdə 300-dən çox idmançının iştirakı gözlənilir.

Bakı şəhəri üzrə Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “AyUlduz”, “Gymkids” Klublarının, “Zirvə International”, Zabrat İdman Klublarının, Respublika Kompleks İdman Məktəbinin, Şağan Olimpiya İdman Kompleksinin, eləcə də Sumqayıt, Gəncə, Mingəçevir, Ağdaş, İsmayıllı, Göyçay, Zaqatala, Kürdəmir, Qusar, Şirvan və Masallı təmsilçiləri birincilik uğrunda yarışacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3132264.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR