Aleksey Nejivoy: "Paşinyanın terrorçuluğa kömək edənlərin qəhrəmanlaşdırılmasına dəstəyi Rusiyaya qarşı addımdır"

Aleksey Nejivoy: "Paşinyanın terrorçuluğa kömək edənlərin qəhrəmanlaşdırılmasına dəstəyi Rusiyaya qarşı addımdır"
17:32 12 Oktyabr 2019
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidentinin MDB dövlət başçıları Şurasının iclasında çıxışı obyektiv xarakter daşıyır. Çünki İlham Əliyev terrorçuluğun təbliği məsələsində vacib vurğuları düzgün qoydu və bu ideologiyanın regionda və dünyada yayılmasının qəbulolunmazlığını bəyan etdi.

Milli.Az bildirir ki, bunu Trend-ə rusiyalı ekspert Aleksey Nejivoy deyib.

Ekspert bildirib ki, erməni baş nazirin nümayiş etdirdiyi özünümüəyyənləşdirmə cəhdləri öz siyasətinə bəraət qazandırmaq üçün digər vasitələrin qalmadığı demək idi: "Bu halda irqçilik və millətçiliyə uyğunlaşma baş verir. Paşinyan yeganə məqsəd üçün - hər mənada iflasa uğramış bir qrup şəxslərin birgə hakimiyyətdə qalması üçün faktiki olaraq özünü keçmişə itələməyə çalışdı".

Ekspert N.Paşinyanın terrorçuluğun qəhrəmanlaşdırılmasına dəstək məsələsində mövqeyini Rusiyaya qarşı addım kimi dəyərləndirib: "Fikrimcə, erməni baş nazirin bu kontekstdə bəyanatları anti-Rusiya xarakteri daşıyır".

Ekspert əlavə edib ki, Ermənistan hakimiyyəti tərəfindən aparılan özünütəcrid prosesi acınacaqlı sonluqla nəticələnə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/793778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR