Hollandiya millisinin üzvü rəsmən Bakı klubunda

Hollandiya millisinin üzvü rəsmən Bakı klubunda
15:29 16 Yanvar 2015
128 İdman
Ölkə mətbuatı
A- A+

Bakı “İnter”i Hollandiya millisinin üzvü ilə rəsmi müqavilə imzalayıb. Lent.az-ın məlumatına görə, "Bankirlər”in bir neçə gün əvvəl Antalyadakı düşərgəsinə qoşulan Ruben Şaken rəsmən Bakı təmsilçisin oyunçusu olub.

“İnter” Hollandiya “Feyenoord”unun yarımmüdafiəçisi ilə 1,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 33 yaşlı futbolçu “Feyenoord”dan öncə “Kambur”, “Veendam” və “Venlo”nun şərəfini qoruyub. O, 2012-2013-cü illərdə isə Hollandiya millisində çıxış edib. Şaken əsas komandanın heyətində 6 oyunda 2 dəfə fərqlənib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190568

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR