Keşiş bəyin qardaşını səhvən gəlinin rəfiqəsi ilə evləndirdi - KURYOZ HADISƏ

“Reddit” istifadəçilərindən biri toyunda qəribə hadisənin baş verdiyi ilə bağlı danışıb.

Onun sözlərinə görə, Böyük Britaniyada baş tutan toy mərasimində keşiş səhvən onun qardaşı ilə gəlinin rəfiqəsini evləndirib.

O bildirib ki, nikah mərasimindəki şahidlər sənədə baxmadan qol çəkiblər, bəy və gəlin isə şahidlər üçün nəzərdə tutulmuş kağıza imza atıblar.

Sənəd rəsmən təsdiqlənməsi üçün reyster xidmətinə göndərilib. İstifadəçi bildirib ki, buna görə də hazırda qardaşı evli hesab edilir.

“Biz bunu araşdırmağa çalışırıq. Qardaşım bu hadisədən bir gün əvvəl öz sevgilisinə evlənmək təklifi edib”.(oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR