Salyanda ikimərtəbəli ev yanıb

Salyan rayonunun Dayıkənd kəndində yanğın olub.

Metbuat.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 432 m² olan ikimərtəbəli evin qamışdan ibarət tavanı, mərtəbələr arası arakəsməsi, taxta konstruksiyalardan ibarət divar üzlüyü və ev əşyaları 412 m² sahədə yanıb. Evin dam örtüyü və bir otağı yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR