Ağstafada mikroavtobus aşıb, 9 nəfər yaralanıb

Ağstafa rayonunda 9 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, Ağstafa-Poylu marşrut xətti üzrə hərəkətdə olan mikroavtobusun sürücüsünün qəfil idarəetməni itirməsi nəticəsinə avtobus aşıb.

Nəticədə mikroavtobusda olan sərnişinlər - 1986-cı il təvəlüdlü Quliyeva Pərvanə Cümşüd qızı, 1982-ci il təvəllüdlü Nəsibov Vüsal Yusuf oğlu, 1956-cı il təvəllüdlü Babayeva Gülüruf Teymur qızı, 2003-cü il təvəllüdlü Oruclu Zöhrəbəyim Akif qızı, 1986-cı il təvəllüdlü Orucova Tamella Arif qızı, 2003-cü il təvəllüdlü Kərimov Rəşid, 1984-cü il təvəllüdlü Muğalova Gülarə Afad qızı, 1992-ci il təvəllüdlü Göycəliyeva Pərvin Hidayət qızı, 2003-cü il təvəllüdlü Cəlilova Zülfiyyə Əsgər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Ağstaya rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti orta-ağır qıymətləndirilir.(apa)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR