Umayra Tağıyeva: Sabah səhərdən külək mülayimləşəcək

Umayra Tağıyeva: Sabah səhərdən külək mülayimləşəcək
06:43 13 Oktyabr 2019
185 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Sabah səhər saatlarından başlayaraq, ölkə ərazisində əsən güclü küləyin mülayimləşməsi, yağışın kəsilməsi gözlənilir.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, oktyabrın 12-də saat 21.00-a olan məlumata əsasən ölkə ərazisində qeyri- sabit güclü küləkli hava şəraiti davam edib. Şimal-qərb küləyi Qum adası, Tərtərdə 25 m/s, Neftcala, Ələtdə. 24 m/s, Neft Daşlarında 23 m/s, Bakı, Naftalan, Nabranda 20m/s, Sumqayıtda 19m/s, Ağstafada 18 m//s, Salyan, Şəkidə 16 m/- dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.8 metrə çatıb.Bakı, Naxçıvan, Astara, Daşkəsən, Göygöl, Şamaxı, Mərəzə, Altıağac, Xaltan, Xınalıq, Quba, Qusar, Şahdağ, Sarıbaş, Kişçay, Qırız, Ağdam, Tərtər, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Ağsu, Yevlaxda yağış yağıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3132387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR