Bu 5 ölkə Türkiyəyə silah satışını dayandırdı

Bu 5 ölkə Türkiyəyə silah satışını dayandırdı
14:05 13 Oktyabr 2019
123 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın müdafiə və xarici işlər nazirlikləri Türkiyədə başladılan "Barış bulağı" hərbi əməliyyatlarla əlaqədar Türkiyəyə bütün növ silah ixracını təxirə salacaqlarını bəyan ediblər. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bununla da Türkiyəyə silah ixracını dayandıracaq ölkə sayı 5-ə çatıb.

Qeyd edək ki, Fransadan öncə Almaniya, Norveç, Finlandiya, Hollandiya da "Barış bulağı" hərakatı ilə əlaqədar Türkiyəyə silah ixracatını dayandıracaqlarını bildirib.

İspaniya isə Suriyada gərginlik artacağı halda Türkiyədəki "Patriot" havadan müdafiə sistemlərini geri alacağını açıqlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/793899.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR