ABŞ Dövlət Departamentinin Beynəlxalq Mətbuat Mərkəzindəki brifinqdə 2015-ci ildə ölkənin xarici siyasətinin vəzifələri müzakirə edilib

ABŞ Dövlət Departamentinin Beynəlxalq Mətbuat Mərkəzindəki brifinqdə 2015-ci ildə ölkənin xarici siyasətinin vəzifələri müzakirə edilib
15:33 16 Yanvar 2015
202 Dünya
Ölkə mətbuatı
A- A+


Vaşinqton, 16 yanvar, AzərTAc
ABŞ Dövlət Departamentinin Beynəlxalq Mətbuat Mərkəzində ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harfın keçirdiyi brifinqdə Rusiya ilə ABŞ arasında gələcək münasibətlərlə bağlı problemlər və perspektivlər, ABŞ və onun müttəfiqlərinin özünü “İraq və Şam İslam dövləti” adlandıran terrorçu qruplaşmaya qarşı davam edən müharibəsi, BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsi ilə qadağan edilən nüvə silahının Koreya Xalq Demokratik Respublikası tərəfindən potensial sınaqlarına rəsmi Vaşinqtonun münasibəti, qlobal bazarda neftin qiymətlərinin aşağı düşməsi və bunun Rusiya iqtisadiyyatına təsiri, ABŞ-Kuba diplomatik münasibətlərinin bərpa olunmasından sonra ikitərəflli əlaqələrin inkişafı nəzərdən keçirilib.
Parisdə son hadisələr ilə bağlı Roma Papasının “söz azadlığının məhdudlaşdırılması” barədə bəyanatını şərh edən M.Harf bildirib ki, ABŞ söz azadlığına qəti inanır. Lakin hər hansı materialın dərc olunmasına icazə verilməsi o demək deyildir ki, siz bunu (dərc etməyi) bacardığınızı sübuta yetirməlisiniz. KİV-lərin çoxu “karikatura” və digər materiallar ilə bağlı çətin qərarlar qəbul etməli olub. Üstəlik, nəyi dərc etmək barədə qərar qəbul etmək lazım gələndə diqqət yetirilən bir sıra amillər mövcuddur. M.Harf onu da bildirib ki, bu “çətin qərarları” dərc edən tərəf qəbul etməli olsa da, belə bir faktı nəzərə almaq lazımdır ki, insanların dərc olunan material ilə bağlı müəyyən hissləri ola bilər.
Yusif Babanlı
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_Dovlet_Departamentinin_Beynelxalq_Metbuat_Merkezindeki_brifinqde_2015_ci_ilde_olkenin_xarici_siyasetinin_vezifeleri_muzakire_edilib-825296

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR