Terrorçuların atəşi nəticəsində Türkiyənin 18 dinc sakini həlak olub

Terrorçuların atəşi nəticəsində Türkiyənin 18 dinc sakini həlak olub
16:27 13 Oktyabr 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

Son beş gündə Suriya ərazisindən terrorçular tərəfindən atılan raket və minaatanlar nəticəsində Türkiyə ilə sərhəd kəndlərin 18 dinc sakini həlak olub, yüzdən çox insan yaralanıb.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, PKK-nın Suriya qolu olan YPG terrorçuları Mardin vilayətinin Nusaybin şəhərinə, həmçinin Şanlıurfa əyalətindəki Akçakale, Ceylanpınar, Surux və Birejki yaşayış məntəqələrinə qumbaraatanlardan atəşə tutublar.
Son 5 gündə Nusaybində 11, Surucda 3, Akçakal və Ceylanpınarda 2 mülki şəxs həyatını itirib.
Ölənlər arasında - doqquz aylıq Məhəmməd, eləcə də 11-15 yaş arası uşaq və yeniyetmələr var.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/terrorcularin-atesi-neticesinde-turkiyenin-18-dinc-sakini-helak-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR