Karvanı quldurlardan kim xilas etdi?

Karvanı quldurlardan kim xilas etdi?
19:22 13 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Ağa Mirzə Əli nəql edir: "Böyük karvanla birlikdə Yəzddən Kərbəlaya yola düşmüşdüm. Yolda dağlıq bir yerə gəlib çatdıq. Ensiz bir yoldan keçməli idik. Axşam idi, ona görə də gecəni orada düşərgə qurduq. Dəvələr istirahət edirdi. Hər bir ailə bir hücrədə yer alıb qalırdı. Mən də yüklərimizi endirərkən, xanımım mənə dedi: "Ağa Mirzə!".

Dedim: "Bəli".

Xanım dedi: "Sanki karvanbaşı insanları çağırır. Görəsən nə işi vardır?".

Həyətə daxil olduq. Kişilər orada toplaşmışdılar. Karvanbaşı nədənsə nigaran görünürdü. Danışmağa başladı və aram səslə dedi: "Sabah o dar yoldan keçməliyik. Mən oğruların hücumundan çox narahatam. İndiyə qədər çox karvana hücum ediblər. Bizim karvanın gözətçisi yoxdur. Onlar isə rəhmsizdirlər və imanları yoxdur. Daha çox canlarımıza görə qorxuram. Oila bilsin ki, qadınlara və uşaqlara da ziyan vursunlar".

Bir nəfər soruşdu: "Bəs başqa yol yoxdur?".

Karvanbaşı dedi: "Vardır, ancaq o zaman yolumuz uzanacaqdır. Qadınların və uşaqların gücü çatmaz. Bunun üçün sizə bir təklifim vardır. Əgər yerinə yetirsək, bəlkə salamat gedib çıxarıq".

Soruşdular ki, təklifin nədir?

Karvanbaşı dedi: "Bu gecə Ay bütovdur və ona görə də yol aydın görünür. Əgər razı olsanız, gecəni bu dar yoldan keçərdik və sübh namazına artıq həmin yolu arxada qoymuş olarıq. Oğruları bu yolla aldatmış olarıq. Onlar adətən gündüzlər hücum edirlər.

Nəzəriniz nədir? Razısınızmı?".

Hamı susdu və karvanbaşı dedi ki, sükut - razılıq əlamətidir: "Onda namazlarınızı qılın, yeməyinizi yeyin və dəvələrinizi yedizdirin. Gecə yarısı yola düşəcəyik".

Hücrəmə qayıtdım. Körpə uşağım yatmışdı. Xanım məndən soruşdu: "Karvanbaşı nə dedi?".

Dedim: "Gərək gecə yarısı yola düşək".

Xanım dedi: "Gecə?".

Dedim: "Bəli".

Dedi: "Məgər Allah gündüzü sizdən almışdır?".

Dedim: "Oğruların hücumuna görədir".

Xanım qorxaraq dedi: "Gecə yola düşsək, quldurlar xəbər tutmayacaqdır?".

Dedim: "Bəli".

Gecə yarısı gəlib çatdı və hamı dəvələrini yükləyib, yola düzəldi. Bir saat sonra artıq dar yola çatmışdıq. Mən dəvənin yüyənini tutmuşdum və xanım kəcavənin içində körpəyə süd verirdi. Ay bütün yolu işıqlandırmışdı. Yolun iki tərəfində şölə gördük və karvanbaşı əmr etdi ki, dayanaq. Həmin şölələr yaxınlaşmağa başladı.

Karvanbaşı qışqırdı: "Quldurlar! Ehtiyatlı olun!".

Qayıtmaq istədik, ancaq alınmadı.

Quldurlar yaxınlaşırdı. Bir əllərində şöləni tutmuşdular, o biri əllərində isə qılıncı. Şölələri yerə atdılar və bizə tərəf hücum etdilər. Zəvvarları qılıncdan keçirtməyə başladılar. Xanımıma dedim: "Tez uşağı mənə ver!".

O, qorxaraq dedi: "Uşağı neyləyirsən?".

Cavabını vermədim. Uşağın qundağını açdım və yol üçün apardığım qızılları onun içinə qoydum. Oğrular dəvələrin üzərində olan yükləri açırdılar.

Zəvvarlar fəryad çəkirdilər: "Ya Qəməri Bəni-Haşim! Ey Əbülfəzl Ya Abbas! Bizim dadımıza yetiş!".

Dəvəni möhkəm tutmuşdum ki, hərəkət etməsin.

Anidən dağdan enən niqablı bir atlı gördük. Oğrular onu gördülər.

Həmin atlı karvanın qarşısında dayandı və nərə çəkdi. Niqabının altından üzünün nuru görünürdü. Və o, çox cüssəli bir insan idi. Oğrulara tərəf hücum etdi.

O, deyirdi: "Əl saxlayın! Yoxsa sizin hamınızı öldürəcəyəm!".

Həmin insanın atı ayaqlarını göyə qaldırdı və sonra möhkəm yerə basdı.

Oğrular karvanı tərk edib qaçmağa başladılar. Dağa qalxmağa başladılar və artıq onların izi görünmürdü.

Zəvvarlar həmin şəxsə təşəkkür etmək istədilər, ancaq nə qədər axtardılarsa, tapa bilmədilər. Çünki qeybə çəkilmişdi.

Zəvvarların arasında bizim qonşumuz olan cavan bir oğlan da var idi. Uzun illər idi ki, dili pəltək idi. Ancaq o atlının gəlişi ilə bu cavanın dili açıldı və salavat söyləməyə başladı.

Hamı həmin şəxsin kim olduğunu öyrənmək istəyirdi.

Karvanbaşı dedi: "Mən onu tanıyıram. Yadınıza salın, siz qarət zamanı kimi yardıma çağırırdınız?".

Hamı dedi: "Əbülfəzl Abbası!".

Karvanbaşı dedi: "O niqablı şəxs - Əbülfəzl Abbas idi".

Allahım, bizləri Həzrət Abbasın (ə) himayəsindən kənara salma!

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/792341.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR