Gəncədə yanğın oldu, sakinlər təxliyə edildi

Gəncədə yanğın oldu, sakinlər təxliyə edildi
19:38 13 Oktyabr 2019
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, Gəncə şəhərində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən, ümumi sahəsi 66 m² olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 25 m² sahədə və binanın dam örtüyü 8 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb və 3 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/292958.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR