Millimiz Macarıstana uduzdu

Avro-2020-nin seçmə mərhələsində növbəti oyunlara start verilib.

Metbuat.az xəbər verir ki, Azərbaycan millisi səfərdə Macarıstan yığması ilə qarşılaşıb. Hollandiyalı hakimlərin idarə etdiyi görüş Budapeştin “Qrupama Arena” stadionunda keçirilib.

Matçın 10-cu dəqiqəsində Macarıstan millisi hesabı açıb. Mixail Korkut dəqiq zərbə ilə adını qol siyahısına yazdırıb.

Görüşün son dəqiqələrində millimizin futbolçusu Bəhlul Mustafazadə hesabı bərabərləşdirsə də, hakim qolu qeydə almayıb.

Qeyd edək ki, millimiz Bakıda macarlara 1:3 hesabı ilə məğlub olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR