Qafil insanlar Allahın nişanələrini görə bilmirlər

Qafil insanlar Allahın nişanələrini görə bilmirlər
20:12 13 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Qəflət əhli Allahdan qafil olduqları kimi, Allah və varlıq aləmi ilə bağlı olan başqa şeylərdən də qəflət edərlər. Bütün diqqətləri ancaq dünyada və onunla bağlı olan məsələlərdə olar.

Qəflət əhlinin qafil olduğu mövzulardan biri - Allahın nişanələridir. Yer üzü başdan-ayağa Allahın nişanələri ilə doludur. O insanlar ki, qafil olar, onlar ətraflarında olan həqiqətlərdən də qafil olar, Allahın nişanələrini görə bilməzlər. Ona görə də ömürlərinin bütün sərmayəsini dünyanı əldə etmək üçün xərcləyər və ziyana düşərlər. (Erfan)

Quran ayələri buyurur ki, insanların əksər hissəsi qəflətdədir, hətta bəzi möminlər belə. Allah Təala Hüneyn döyüşündən bəhs edən zaman bəzi möminlərin İlahi yardımdan qafil olduqlarına və ona görə də məğlub olduqlarına işarə etmişdir. "Həqiqətən, Allah sizə bir çox yerlərdə, həmçinin Hüneyn günü - sayınızın çoxluğunun sizi məğrur etdiyi, amma sizdən (hadisə və əzabdan) heç bir şeyi dəf etmədiyi və Yer üzü bütün genişliyi ilə sizə dar olduğu, sonra isə düşmənə arxa çevirərək qaçmağa üz qoyduğunuz zaman kömək etdi". ("Tövbə" 25).

Allah Təala insanların Qiyaməti yada salmamasını da qəflət adlandırmışdır və buyurmuşdur ki, əgər yada salsaydılar, pis əməllərə düçar olmazdılar. "Şübhəsiz, Allahın yolundan azanlar üçün hesab gününü unutmalarının müqabilində şiddətli əzab vardır". ("Sad" 26).

İnsanın qafil olduğu başqa mövzular:

1. Dindən və İlahi maarifdən qafil olmaq.

2. Allahın rübubiyyətindən qafil olmaq.

3. Allahın rizvanından və bağışlamasından qafil olmaq.

4. Zəkatdan qafil olmaq.

5. Kafirlərin əzabından qafil olmaq.

6. Allahın elmindən qafil olmaq.

7. Allahla bağlanan əhddən qafil olmaq.

8. Tövhidi fitrətdən qafil olmaq.

9. Qurandan qafil olmaq.

10. Yoxsullardan qafil olmaq.

11. Qiyamətdən qafil olmaq.

12. Ölümdən qafil olmaq.

13. Məaddan qafil olmaq.

14. Namazdan qafil olmaq.

15. Dünyanın davamsız olmasından qafil olmaq.

Qəflətdən xilas olmağın tək yolu - Allaha diqqət etmək və axirəti, Qiyaməti, ölümü, məadı yada salmaq və dünya sevgisindən xilas olmaqdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/792336.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR