Qaxda avtomobil piyadanı vurub

Qaxda avtomobil piyadanı vurub
21:12 13 Oktyabr 2019
92 Digər
Ölkə mətbuatı
A- A+

Qax rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Heydər Əliyev prospektində qeydə alınıb.
Rayonun Qaxingiloy kənd sakini, 34 yaşlı Valeri Rastyaşvili minik avtomobili tərəfindən vurulub. Müxtəlif dərəcəli xəsarətlər alan V.Rastyaşvili Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib. Yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qaxda-avtomobil-piyadani-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR