Akademik Vasim Məmmədəliyev vəfat edib

Akademik Vasim Məmmədəliyev vəfat edib
00:37 14 Oktyabr 2019
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev 77 yaşında vəfat edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Bakı Dövlət Universitetinin rəsmi "Facebook" səhifəsində bildirilir.

Vasim Məmmədəliyev 1942-ci il avqustun 27-də Bakıda anadan olub. O, 160-dək elmi əsərin, o cümlədən 21 monoqrafiyanın müəllifidir. Xaricdə 50-dən çox elmi əsəri dərc olunub.

Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə edib. 1991-ci ildə çap edilmiş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunub.

Görkəmli alim Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülüb, 2002-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.

2003-cü ildə Dağıstan Respublikasının Əməkdar elm xadimi fəxri adı ilə təltif olunub.

V.Məmmədəliyev BDU-da Ərəb filologiyasi kafedrasının müdiri, İlahiyyat fakültəsinin dekanı vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/793975.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR