.

Tramp: Çin ABŞ-la ticarət sazişi üzrə razılaşmanı yerinə yetirməyə başlayıb

Tramp: Çin ABŞ-la ticarət sazişi üzrə razılaşmanı yerinə yetirməyə başlayıb
03:22 14 Oktyabr 2019
117 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin Birləşmiş Ştatlarla ticarət sazişi üzrə razılaşmanı yerinə yetirməyə başlayıb.
"Report" xəbər verir ki, bu barədə o, özünün "Twitter"dəki səhifəsində yazıb.
Ağ Ev başçısının sözlərinə görə, Çinlə sazişin şərti "sazişin üç-dörd həftə sonra imzalanmasını gözləmədən" Amerikanın böyük miqdarda kənd təsərrüfatı məhsullarını yubanmadan almaqdan ibarət olub.
"Çin artıq bizim böyük vətənpərvər-fermerlərimizdən kənd təsərrüfatı məhsullarını almağa başlayıb", - deyə Tramp "Twitter"də yazıb.
ABŞ prezidenti "sazişin genişmiqyaslı birinci mərhələsini qurtarmağa" və ikinci danışıqlar mərhələsi başlamağa söz verib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-cin-abs-la-ticaret-sazisi-uzre-razilasmani-yerine-yetirmeye-ba

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR