Şamaxıda 3 yaşlı uşaq xlorofos içdi, vəziyyəti ağırdır

Şamaxıda 3 yaşlı uşaq xlorofos içdi, vəziyyəti ağırdır
09:23 14 Oktyabr 2019
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Şamaxıda 3 yaşlı uşaq kimyəvi məhlul içib.

Hadisə bu gün səhər saatlarında baş verib. 2016-cı il təvəllüdlü Rəhimov Cəlal Cəlil oğlu evdə anasının mal-qaranı dezinfeksiya etmək üçün hazırladığı xlorofos məhlulunu içib.

Uşaq təcili olaraq Bakıya, 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, uşağın vəziyyəti həddindən artıq ağırdır: "Hazırda tibbi heyət problemi aradan qaldırmaq üçün bütün imkanlardan istifadə edir". (trend)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/292986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR