Bakıda yağışlı havada baş vermiş dəhşətli qəzalar - VİDEO

Bakıda yağışlı havada baş vermiş dəhşətli qəzalar - VİDEO
09:32 14 Oktyabr 2019
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Adətən yağışlı havalarda sürücülərə avtomobil idarə edərkən son dərəcə ehtiyatlı olmaları tövsiyə edilir. Buna səbəb isə yolların həddindən artıq sürüşkən olmasıdır. Bir çox hallarda sürücülər adi hava ilə yağışlı hava arasında fərq qoymadan avtomobil idarə edirlər. Bu da acı nəticələrə gətirib çıxarır.

Milli.Az-ın avtosfer.az-a istinadən təqdim etdiyi videogörüntüdə belə havalarda baş verən üç qəza əks olunub. Hər üç qəza, demək olar ki, eyni yerdədir. 
Aeroport yolunda yüksək sürətlə hərəkət edən sürücülər qəfil əyləci basanda sürüşmə baş verir və avtomobil idarəetməni itirir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/793991.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR