BMT-nin baş katibi Yaponiyada "Hagibis" qasırğasının qurbanlarının ailələrinə başsağlığı verib

BMT-nin baş katibi Yaponiyada "Hagibis" qasırğasının qurbanlarının ailələrinə başsağlığı verib
09:43 14 Oktyabr 2019
39 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

BMT-nin baş katibi Antoniu Quterreş Yaponiyada "Hagibis" qasırğasının qurbanlarının ailələrinə başsağlığı verib.

Trend-in xəbərinə görə, bu barədə baş katibin saytında yerləşdirilmiş məlumatda deyilir.

Məlumatda bildirilir: "Baş katibi Yaponiyada "Hagibis" qasırğası nəticəsində irimiqyaslı dağıntılar və tələfat barədə məlumatlar dərindən sarsıdıb. O, ölənlərin ailələrinə, Yaponiya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir. O, zərərçəkənlərin tezliklə sağalmasını arzulayır".

Xatırladaq ki, "Hagibis" qasırğası Yaponiya ərazisinə sentyabrın 12-si daxil olub. Qasırğa nəticəsində 39 nəfər həlak olub, 189 nəfər isə xəsarət alıb. Bundan əlavə, 17 nəfər itkin düşmüş sayılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3132571.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR