Layihə meneceri – gələcəyin peşəsidir

Layihə meneceri – gələcəyin peşəsidir
15:38 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

ATU-nun nəzdində fəaliyyət göstərən layihələrin idarə edilməsi və innovasiyalar Mərkəzində IPMA-nın standartları əsasında beynəlxalq sertifikatların təqdimetmə mərasimi keçirilmişdir. Azərbaycanın 5 layihə meneceri dünyanın 58 ölkəsində tanınan sertifikatı almışdır. Bu sertifikat IPMA-nın sertifikatlaşdırma üzrə rəsmi nümayəndəsi və orqanı olan Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası tərəfindən verilir.

Azərbaycanda layihə meneceri peşəsinə böyük tələbat yaranmağa başlamışdır, belə ki, əmək bazarında hər gün bu vakansiyaya rast gələ bilərik. Bu, əsasən, ölkəmizin inşaat, energetika, informasiya texnologiyaları, idman və digər sahələr üzrə fəaliyyətində inkişafı və innovasiyaların tətbiq edilməsi ilə bağlıdır. Layihə meneceri praktikada – qarşıda qoyulan məqsədlərə zamanında və məhdud resurslarla yerinə yetirməyə cavabdeh olan şəxsdir. Gündəlik işlərdən fərqli olaraq, layihə meneceri hər zaman insanların həyatına innovasiyalar gətirir, layihələri nəticəsində marağı olan tərəflərə yeni və gərəkli nəticə verir.

IPMA-nın sertifikatı təsdiq edir ki, menecer layihələrin idarə edilməsi üzrə mühüm kompetensiyalara (texniki, davranış və kontekstual) malikdir. Sertifikatlaşdırılmış layihə mütəxəssisindən başlayaraq layihələr direktoruna kimi olan dörd-dərəcəli sertifikatlaşdırma sistemi (A, B, C, D) layihə menecerinin təcrübə və kompetensiyalarını təsdiq edir. Bu gün “C” (layihə meneceri) və “D” (layihə üzrə mütəxəssis) dərəcələri üzrə sertifikat almış menecerlər – testləşdirmə, esse, praktiki sessiya üzrə qiymətləndirməni uğurla başa vurmuşdular. “C” dərəcəsi üzrə namizədlər həmçinin layihə hesabatı yazmış və asessorlar ilə müsahibədən keçmişdilər.

AzPMA-nın prezidenti, IPMA-nın birinci asessoru, IPMA-nın Azərbaycanda sertifikatlaşdırma komitəsinin rəhbəri, texniki elmlər doktoru, professor İqbal Babayev qeyd edib: "Hazırda Azərbaycanda 208 menecer IPMA-nın beynəlxalq sertifikatını almışdır. Çox şadam ki, bu gün daha 5 menecerə layihələrin idarə edilməsi üzrə kompetensiyalarıızı təsdiqləyən sertifikatı təqdim edəcəyəm. Peşəkar həyatınızda layihələrin idarə edilməsi üzrə bilikləriniz sizə həm kömək edəcək, həm də mane olacaqdır. Kömək edəcəkdir, çünki layihələri düzgün idarə və tətbq etməyi bacaracaqsınız. Mane olacaqdır, çünki, digər tərəflər, əsasən də rəhbərlər, sizi başa düşməyəcək və bir çox şeylərə göz yumacaqdır. Unutmayın ki, hər zaman AzPMA komanadasının həmfikirləri sırasında dəstək, anlayış və məsləhətlər əldə edə bilərsiniz".

IPMA-nın layihələrin idarə edilməsi üzrə sertifikatlaşdırılmış mütəxəssisi, IT təşkilatının meneceri Rüfət İbarhim-zadə öz təəssüratları ilə bölüşüb: "IPMA-nın beynəlxalq sertifikatını əldə etmək mənim üçün çox sevincli bir haldır. AzPMA-da əldə etdiyim bilik və bacarıqlara əsasında, təşkilatımızda mənə ilk layihəmin tətbiqini etibar ediblər. Ümid edirəm ki, bu, gələcək uğurlarım üzrə ilk addım olacaqdır. Maraqlı və səmərəli təcrübəniz üçün təşkkür edirəm".

AzPMA Azərbaycanda International Project Management Association-nın (IPMA) Milli Assosiasiyası və eyni zamanda beynəlxalq sertifikatlaşdırma üzrə yeganə rəsmi orqanıdır. AzPMA - ictimai təşkilatdır, intellektual xidmətlər bazarında layihələrin idarə edilməsi və təşkilatın inkişaf etdirilməsi üzrə müasir texnologiyalar sahəsində fəal mövqe tutur. 1999-cu ildə Bakıda təsis edilmişdir və 15-illik tarixi ərzində uğurlu layihələrə imza atmışdır.

AzPMA bu günədək 150-dən artıq yerli və beynəlxalq təlimlər təşkil etmiş və ölkənin 80-dən artıq inkişaf etmiş şirkət və müəssisələrinin 2000-dən artıq Layihə Menecerini təlimləndirmişdir. Artıq bugün Azərbaycanda 208 peşəkar IPMA-nın beynəlxalq Layihə Meneceri statusunu almışdır. Onların adı beynəlxalq və milli sertifikatlaşdırılmış Layihə Menecerləri reyestrində qeydiyyatdan keçmişdir.

AzPMA-nın əsas fəaliyyət istiqamətləri layihə menecerləri üçün sеrtifikatlaşdırma, tədris və üzvlük klubunda təcrübə mübadiləsidir.

Bizə qoşulun:
www.facebook.com/ipma.az
linkedin.com
www.ipma.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR