Gürcüstanda QİÇS-ə yoluxanların sayı 7900 nəfəri ötüb, 1611 nəfər ölüb

Gürcüstanda QİÇS-ə yoluxanların sayı 7900 nəfəri ötüb, 1611 nəfər ölüb
11:12 14 Oktyabr 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanda qeydə alınan QİÇS-ə yoluxma hallarının sayı 7949 fakt təşkil edir.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İnfeksiya patologiyası, QİÇS və Kliniki immunologiya üzrə Elmi-Praktik Mərkəzindən bildirilib.
Bu ilin oktybarın 7-nə olan məlumata əsasən, xəstəliyə yoluxanların 5961-i kişi, 1988-si isə qadındır. Pasiyentlərin böyük əksəriyyətini 29-40 yaş qrupuna daxil olan şəxslər təşkil edir. QİÇS 4184 xəstədə inkişaf edib, 1611 nəfər isə ölüb.
HİV infeksiyasına yoluxma hallarının böyük əksəriyyətinə hetero-cinsi əlaqə (47,8%) və narkotik vasitələrdən istifadə (38,5%) səbəb olub.
QİÇS-ə yoluxma hallarının böyük əksəriyyəti paytaxt Tbilisidə qeydə alınıb. Şəhərdə 2842 QİÇS daşıyıcısı var.
Azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli bölgəsində bu xəstəliyə 449 nəfər yoluxub.
Qeyd edək ki, qonşu ölkədə QİÇS-ə ilk yoluxma halı ilk dəfə 1989-cu ildə qeydə alınıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanda-qi-cs-e-yoluxanlarin-sayi-7900-neferi-otub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR