İki maşını vuran “Jeep”in sürücüsü qaçdı

İki maşını vuran “Jeep”in sürücüsü qaçdı
11:17 14 Oktyabr 2019
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Tovuz şəhərində, avtovağzalın yaxınlığında qeydə alınıb. Hərəkətdə olan "JEEP" əvvəlcə "VAZ"a, daha sonra isə motosikletə çırpılıb.

Qəza zamanı ağır xəsarət alan motosikletin sürücüsü, 1984-cü il təvəllüdlü Əliyev Babək Sabir oğlu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qəzanı törədən "JEEP"in sürücüsü hadisə yerindən qaçıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/794026.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR