Bakıda uşaq qidasından qurd çıxdı - VİDEO

Bakıda uşaq qidasından qurd çıxdı - VİDEO
11:47 14 Oktyabr 2019
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda uşaq qidasının içindən qurd çıxıb.

Milli.Az bildirir ki, bu barədə qafqazinfo-ya məlumatı şikayətçi Asəf Abbasov verib.

O bildirib ki, 9 oktyabr tarixində Biləcəridə yerləşən "Şəfa" aptekindən uşaq yeməyi olan "Nutrilak" alıb. Bir neçə dəfə uşağa həmin qidadan verildikdən sonra qutunun içərisində qurd olduğu müəyyən olunub. Ata hətta bu səbəbdən övladının dərisinin səpdiyini də iddia edib:

"Məhsulun istifadə müddəti də bitməyib. Aptekə müraciət etmişəm, dedilər ki, onlarlıq deyil. Mən də Səhiyyə Nazirliyinə müraciət edirəm ki, apteklərdə satılan bu kimi məhsulların mənşəyini araşdırsın".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/794063.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR