Təmir olunan bankın binası uçuldu

Təmir olunan bankın binası uçuldu
12:01 14 Oktyabr 2019
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Çində təmiri aparılan bank binası uçulub.

Trend-in məlumatına görə, uçulan binada ölkənin şimal-şərqində Tszilin vilayətində yerləşən Aqrar Kommersiya Bankının ofisi yerləşib.

Xilasedicilər dağıntılar altından 4 nəfəri sağ çıxara biliblər. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Daha 2 nəfər fəhlənin dağıntılar altında qaldığı bildirilir. Hazırda onların xilas edilməsi üçün operativ iş aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3132634.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR