Şirvan rayonunda keçmiş məhkumda marixuana aşkar edilib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Musayevdən 480 qram marixuana aşkar edilərək götürülüb.